EN

Məşhur aktrisadan ŞOK AÇIQLAMA

Aktrisa Cennifer Lourens onunla yatmadığı kişi aktyorların onu buna görə "cəzalandırdığını" iddia edib. SİA xəbər verir ki, 35 yaşlı aktrisa bu barədə "Las Culturistas" podkasti ilə söhbətində danışıb. 35 yaşlı Lourens izah edib ki, o, Robert Pattinsonla son çəkilişlərində “Die My Love” filmində intim səhnələr üzrə koordinatorun xidmətindən istifadə etmək istəməyib.

“Robla özümü təhlükəsiz hiss edirdim. O, əxlaqsız deyil və öz partnyoru Suki Uoterhausa çox aşiqdir. Əsasən uşaqlarımız və münasibətlərimiz haqqında danışırdıq”, — deyə o bildirib. O qeyd edib ki, Pattinson əxlaqsız olsaydı, koordinatorun köməyinə müraciət edəcəkdi. “Bir çox kişi aktyorlar onlarla yatmaq istəmirsənsə inciyir, sonra cəza başlayır. O, (Pattinson) belə deyildi”, — deyə Lourens vurğulayıb.

Chosen
12
2
sia.az

3Sources