Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Samsung şirkətinin2026-cı ildə “Galaxy” S26 seriyasını təqdim ediləcəyi tarixi sızdırılıb.
Lent.az xəbər verir ki, tədbirin 25 fevral 2026-cı ildə San Fransiskoda keçiriləcəyi bildirilir.
Sızıntıya görə, “Galaxy” S26, S26+ və S26 Ultra bu tədbirdə təqdim olunacaq.
Təqdimat tarixinin gecikməsinin dəqiq səbəbi məlum deyil. Lakin bunun istehsal prosesləri və ya təchizat zəncirinin optimallaşdırılması ilə əlaqəli olduğu düşünülür.
Qeyd edək ki, “Galaxy” S seriyası adətən yanvar ayında təqdim olunur və fevralın əvvəlində satışa çıxarılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.