EN

Banka borcu olanlar mütləq oxusun Buna diqqət edin, əks halda...

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda borcunu vaxtında ödəyə bilməyən bir çox vətəndaş kollektor şirkətlərinin təzyiqi ilə üzləşir. Özlərini məhkəmə işçisi kimi təqdim edən bu şəxslər bəzən borcluların ailə üzvlərinə də zəng edərək hədə-qorxu gəlirlər. Bu cür halların artması vətəndaşlarda ciddi narahatlıq yaradır.

Kollektor şirkətlərinin vətəndaşlara və ailə üzvlərinə təzyiq etməsi qanunvericiliyə nə dərəcədə uyğundur? 

Globalinfo.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib ki, bankların kollektor şirkətlərlə vətəndaşın razılığı olmadan anlaşması, onun şəxsi məlumatlarını paylaşması bank sirrinin pozulması deməkdir:

“Kredit müqaviləsinin detalları, ödəniş tarixçəsi və qalıq borc kimi məlumatların ötürülməsi bu pozuntunun əsas nümunəsidir. İndiyə qədər qarşıma çıxan heç bir kredit müqaviləsində belə bir bəndə rast gəlməmişəm ki, bank və ya borc verən təşkilat, ödənişlərin gecikdirilməsi yaxud toplanması ilə bağlı hər hansı üçüncü tərəfi prosesə cəlb edə bilər. Bu hal konkret olaraq qanun pozuntusudur. Dəfələrlə müşahidə etmişik ki, kollektor şirkətlərinin əməkdaşları vətəndaşlarla əlaqə saxlayarkən özlərini məhkəmə işçiləri, icra məmurları, yaxud rayon icra və probasiya şöbələrinin işçisi kimi təqdim edirlər. Onlar vətəndaşlardan “məhkəmə qərarının niyə icra olunmadığı” barədə izahat tələb edir, ödənişlərin gecikdiyi halda guya “qanuna uyğun tədbirlər görüləcəyi” ilə bağlı hədə dolu ifadələr işlədirlər. Bu isə dövlət qulluqçusunun və ya hər hansı qurumun adından qanunsuz istifadədir”.

Ramil Süleymanov

Hüquqşünas bildirib ki, belə hallarla üzləşən vətəndaşlar səs yazısını qeydə almalı və hüquq-mühafizə orqanlarına məlumat verməlidir:

“Ardınca vətəndaş həm bankın özünə qarşı bank sirrinin pozulmasına görə təzminat iddiası qaldıra, həm də kollektor şirkətinin əməkdaşlarının kobud davranışı ilə bağlı məhkəməyə və ya hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
1
globalinfo.az

2Sources