EN

Xalqımızın milli qürur və şərəf mənbəyi

Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Nəsimi Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Vətən müharibəsində tarixi Qələbənin 5-ci ildönümünə həsr edilmiş “Zəfər Bayrağı altında zəfərdən zəfərlərə!” adlı təntənəli mərasim keçirildi.

İştirakçılar əvvəlcə hərbi orkestrin ifa etdiyi marşların sədaları altında Uşaq İnkişaf Mərkəzinin yetirmələrinin şanlı Zəfər yürüşünü, Qarabağda aparılan möhtəşəm quruculuğu əks etdirən rəsmlərdən və əl işlərindən ibarət sərgiyə baxdılar. Sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi günlərində ölkə və xarici media vasitələrində çıxışlarının icmalından ibarət “8 Noyabr Zəfər Günü” adlı videoçarx nümayiş etdirildi.

Məclisdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Zahid Xəlilov son 2 əsrlik tariximizin ən böyük qələbəsi olan Qarabağ Zəfərinin ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini vurğuladı, bununla dövlət suverenliyimizin işğaldan azad edilmiş əraziləri də əhatə etdiyini, xalqın şərəf və qürur duyğularının ucalara yüksəldiyini söylədi. O qeyd etdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər 5 ildir ki, xalqımızı əmin-amanlığa qovuşdurub, Qarabağa əbədi dinclik və xoşbəxtlik gətirib.

Bildirildi ki, 30 illik məğlubiyyət və milli məyusluğa həyatları bahasına son qoymuş şəhidlərimizin ailələrinə və qazilərimizə bütün ölkəmizdə olduğu kimi, Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, onların hünərləri ehtiramla yad edilir, problemləri, ilk növbədə, aradan qaldırılır. Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə rayonun xidmət və istehsal qurumları öz töhfələrini verirlər.

Mərasimi müşayiət edən “Vətən, sənin şəhidlərin” elegiyası və bədii kompozisiyalar iştirakçılara yüksək vətənpərvərlik duyğuları yaşatdı. Məclisin sonunda “Müzəffər ordumuz” mahnısının sədaları altında şəhid ailələrinə xatirə hədiyyələri təqdim edildi.

Tahir AYDINOĞLUXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
1
xalqqazeti.az

2Sources