Bakı, 7 noyabr, AZƏRTAC
Hər həftə Britaniya həbsxanalarından bir neçə məhbus səhvən azadlığa buraxılır.
AZƏRTAC xəbər verir ki, bu barədə ədliyyə naziri Aleks Devis-Cons cinayətləri həftələrlə davam edən etirazlara səbəb olan miqrant cinayətkarın səhvən azadlığa buraxılmasından sonra ortaya çıxan problemin miqyasını göstərib.
Keçən ay efiopiyalı qaçqın Haduş Gerberslasi Kebatunun təsadüfən azadlığa buraxılması, artıq həddindən artıq dolu həbsxanalar və səmərəsiz immiqrasiya sistemi ilə mübarizə aparan hökumətə təzyiqi artırıb.
Bu həftə daha iki məhbusun səhvən azadlığa buraxılması, İngiltərə və Uelsdə həbsxana əhalisinin son 30 ildə ikiqat artmasından sonra həddindən artıq doluluqla üzləşən həbsxana sistemi ilə bağlı narahatlıqları daha da artırıb, - deyə “Reuters” agentliyi yazıb.
Hökumətin qiymətləndirmələrinə görə, 2025-ci ilin martından 262 məhbus səhvən azadlığa buraxılıb. Bu, məhbusların artmasının müşahidə olunduğu ardıcıl dördüncü ilidir və əvvəlki illə müqayisədə bildirilən 115 məhbusdan iki dəfədən çoxdur.
“Sistem tamamilə xaos içindədir”, - deyə Böyük Britaniyanın ədliyyə naziri “Times Radio”ya verdiyi müsahibədə bildirib.