EN

Barselona nın keçmiş baş məşqçisi çempion etdiyi kluba döndü

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

“Barselona”nın keçmiş baş məşqçisi Xerardo Martino Amerikanın Böyük Futbol Liqası (MLS) təmsilçisi “Atlanta Yunayted” klubunun baş məşqçisi vəzifəsinə təyinat alıb. 

Fanat.Az xəbər verir ki, məlumatı sözügedən klubun mətbuat xidməti yayıb.

62 yaşlı argentinalı çalışdırıcı ilə iki illik müddətə müqavilə imzalanıb. 

Qeyd edək ki, Martino bundan əvvəl 2017-2018-ci illərdə “Atlanta Yunayted”də çalışıb və uğurlu çıxış edərək MLS çempionu olub. O, MLS-də son olaraq Lionel Messinin çıxış etdiyi "İnter Mayami"yə rəhbərlik edib.

“Atlanta Yunayted” son mövsümün pley-off mərhələsinə vəsiqə qazana bilməyib. Klub müntəzəm mövsümü Şərq Konfransında 14-cü - sonuncudan ikinci yerdə başa vurub. 

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
1
fanat.az

2Sources