EN

“Canlı Barbi” evində ölü tapıldı

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Canlı Barbi” kimi tanınan braziliyalı sosial media fenomeni Barbara Yankavski  vəfat edib.

Axşam.az xəbər verir ki, 31 yaşlı fenomen noyabrın 2-də San Paulodakı mənzilində ölü tapılıb. Onun üzərində yalnız alt paltarı olub. Meyitin sol gözündə və kürəyində isə xəsarət izləri aşkarlanıb.

51 yaşlı vəkil Renato Kampos Pinto de Vitto bildirib ki, Yankavski ilə həmin gecə birgə vaxt keçiriblər. Onun sözlərinə görə, narkotik istifadə etdikdən sonra birlikdə televizora baxıblar. O, Yankavski hərəkətsiz qaldığı üçün təcili tibbi yardım çağırıb, lakin fenomenin həyatını xilas etmək mümkün olmayıb.

Yankavskinin rəfiqəsi isə açıqlamasında fenomenin gözündəki yaranın bir neçə gün əvvəl yıxıldığı üçün baş verdiyini söyləyib.

Hazırda ekspertiza araşdırmaları davam edir.

Qeyd edək ki, Yankavski həyatı boyu 27 plastik əməliyyat keçirib və onlara 42 min funt sterlinq xərcləyib. Sosial mediada populyarlıq qazandıqdan sonra o, televiziya proqramlarında və reklam kampaniyalarında iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
30
axsam.az

1Sources