EN

Naxçıvanda Regional Bank Forumu keçirilir - FOTO

Naxçıvanda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin, Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Banklar Assosiasiyasının və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində “Konstitusiya və Suverenlik ili”nə və “Zəfərin 5 illik yubileyi”nə həsr olunmuş Naxçıvan Regional Bank Forumu keçirilir.

APA-nın yerli bürosu xəbər verir ki, forum iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Forum çərçivəsində rəsmi çıxışlar olacaq, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulmuş tapşırıqların icrasının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçiriləcək. Dəyirmi masada muxtar respublikada mövcud iqtisadi reallıqlar, gələcək gözləntilər, regionda iqtisadi canlanmanın təşviqində bankların rolu, həmçinin bank sektoruna dair infroqrafik məlumatların təqdimatı nəzərdə tutulur. Eyni zamanda universitet tələbə və müəllimləri üçün bank nümayəndələrinin iştirakı ilə panel müzakirə keçiriləcək. Müzakirələrdə rəqəmsal bankçılıq, müasir bank xidmətləri və bank sektorunda karyera perspektivləri mövzularında təqdimatlar olacaq.

Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda
Chosen
6
4
apa.az

5Sources