Noyabrın 7-də Yer planetini yeni güclü maqnit qasırğası gözləyir.
Turkustan.az xəbər verir ki, bunu İZMİRAN Kosmik Hava Mərkəzinin rəhbəri Mariya Abunina bildirib.
Yer kürəsinin maqnit sahəsinin pozulma dərəcəsi beş pilləli G şkalası ilə ölçülür: G1 - zəif, G5 - ekstremal güclü. Hazırda vəziyyət “sakitlik” səviyyəsindədir, lakin planetdə G3 səviyyəsində maqnit qasırğası davam edir. Alimi fikirincə, bu yalnız 7 noyabr günorta saatlarında sona çatacaq.
"Hazırda güclü maqnit qasırğası başlayıb və sabah daha bir qasırğa olacaq. Yəqin ki, bir qədər daha güclü olacaq. Çünki dünən Günəşdə plazma buludlarının kütləvi atılması baş verib" - Abunina deyib.
Onun sözlərinə görə, günəşin atdığı plazma buludları 7 noyabrın ikinci yarısında Yerə çatacaq və bu da maqnit aktivliyinin artmasına səbəb olacaq. /bakivaxti.az/