EN

Çin süni intellekt yarışında qalib gələcək

Müəllif:Mehin Qasımova,Banco.az

 Nvidia-nın baş direktoru Censen Huanq ABŞ-ın süni intellekt (AI) sahəsində Çindən geri qalma riski ilə bağlı xəbərdarlıqlarını sərtləşdirib.

Banco.az xəbər verir ki, o Çinin yaxın illərdə bu sahədə ABŞ-ı geridə qoya biləcəyini bildirib.

“Çin süni intellekt yarışında qalib gələcək,” – deyə Huanq Financial Times tərəfindən təşkil edilən Süni İntellektin Gələcəyi Sammitində çıxışı zamanı vurğulayıb.

Huanq bildirib ki, Qərbdəki siqnalizm və həddindən artıq bədbinlik innovasiya tempini zəiflədir və rəqabət qabiliyyətini azaldır. Onun fikrincə, ABŞ və digər Qərb ölkələri rəqabətdə qalmaq üçün daha çox optimizm və çeviklik nümayiş etdirməlidirlər.

"Nvidia" rəhbəri həmçinin ABŞ-da müxtəlif ştatlarda tətbiq olunan yeni süni intellekt qaydalarının artmasını tənqid edib. O xəbərdarlıq edib ki, çoxsaylı və sərt tənzimləmələr innovasiyaları boğa bilər.

Bunun əksinə olaraq, Huanq qeyd edib ki, Çində dövlət subsidiyaları sayəsində yerli texnologiya şirkətləri öz süni intellekt çiplərini daha ucuz və səmərəli şəkildə istehsal edə bilir.

Mütəxəssislər hesab edirlər ki, Huanqın bu açıqlaması həm ABŞ-da AI siyasətinə təzyiq, həm də qlobal texnologiya liderliyinin istiqamətinə dair xəbərdarlıq kimi qiymətləndirilir.

Chosen
25
1
banco.az

2Sources