EN

Qərb mediası açıqladı: Bu ölkə Ukrayna müharibəsinə qoşulur

Britaniya ordusunun Ukraynadakı əməliyyatlarda iştirak etməyə hazır olduğu iddia olunur.

Publika.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Bildirilib ki, Britaniya ordusu "könüllülər koalisiyası"nın bir hissəsi olaraq Ukrayna münaqişəsində və ya sülhməramlı əməliyyatlarda iştirak etməyi planlaşdırır.

"Hərbi mənbələr bildirib ki, Britaniya ordusu ya müharibəyə gedəcək, ya da müttəfiqləri ilə birlikdə müharibədən sonrakı sülhməramlı əməliyyatlarda iştirak edəcək. Həmçinin, onlar qırıcı təyyarələrdən tutmuş piyadalara qədər bütün hərbi imkanlarından istifadə edəcəklər", - nəşr yazıb.

Chosen
48
publika.az

1Sources