EN

Bayram günlərində yollarda təhlükəsizliyi birgə qoruyaq - DYP-dən MÜRACİƏT

Bakı. Trend:

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq 8–11noyabr tarixlərini əhatə edən ardıcıl istirahət günlərində ölkəüzrə nəqliyyat axınının intensivləşəcəyi, paytaxtdan bölgələrə,eləcə də əks istiqamətdə hərəkətin artacağı gözlənilir.

Trendxəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi hərəkətiştirakçılarına müraciət edərək bildirir ki, qarşıdakı dörd günlükqeyri-iş günlərində yollarda təhlükəsizliyin təmin olunması hər birhərəkət iştirakçısının diqqətindən və məsuliyyətindən asılıdır:

"Sürücülərdən xahiş olunur ki, yola çıxmazdan əvvəl idarəetdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətini diqqətləyoxlasınlar — xüsusilə tormoz sistemi, şinlərin aşınma dərəcəsi,işıq cihazları və şüşəsilənlərin işləkliyinə nəzarət etsinlər.

Xalqımızın birlik və qürur hissi ilə qeyd etdiyi bu əlamətdargünlərdə hərəkət iştirakçılarına tövsiyə olunur ki:

- Hərəkət marşrutlarını əvvəlcədən planlaşdırsınlar və səfərvaxtını elə müəyyən etsinlər ki, hərəkət rahat və təhlükəsizolsun;

- Uzun məsafələrə yola çıxmazdan əvvəl mütləq istirahətetsinlər, yorğun və yuxusuz halda sükan arxasına keçməsinlər;

- Sürət həddinə ciddi riayət etsinlər, riskli manevrlərdən vəqəfil ötmələrdən çəkinərək ara məsafəsini düzgün saxlasınlar;

- Uşaqları avtomobildə təhlükəsizlik kəməri və ya uşaqoturacağından istifadə etməklə daşısınlar;

- Spirtli içki qəbul etmiş şəxslərin sükan arxasına keçməsininyolverilməz olduğunu unutmasınlar.

Piyadalara da xatırladılır ki:
Yalnız müəyyən olunmuş keçidlərdən istifadə etsinlər, işıqforunsiqnallarına əməl etsinlər və xüsusilə axşam saatlarında, görməşəraiti zəiflədikdə geyimlərində işıq əks etdirici elementlərəüstünlük versinlər.

Bayram günlərində BDYPİ-nin şəxsi heyəti gücləndirilmiş işrejimində xidmət aparacaq. Məqsəd — hərəkətin təhlükəsizliyinitəmin etmək və qəzaların qarşısını almaqdır.

Unutmayaq ki, özümüzün və sevdiklərimizin təhlükəsizliyi hərbirimizin davranışından asılıdır.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarınatəhlükəsiz və xoş bayram günləri arzulayır".

Məqalədə:
Chosen
34
35
az.trend.az

10Sources