EN

Maşın yandı, 2 nəfər zəhərləndi

Binəqədidə yaşayış binasında yanğın olub.

"Yeni Sabah" FHN-ə istinadla xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağında “Land Rover” markalı minik avtomobilinin salonu, yük hissəsi, “Opel” markalı minik avtomobilinin salonu, mühərrik hissəsi və 5 paq.m kommunikasiya xətləri yanıb.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib.

Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Telegram kanalımız
Chosen
1
25
yenisabah.az

10Sources