EN

Qəzzada “tunel diplomatiyası”: Atəşkəs danışıqları dalana dirəndi

Qəzza zolağında daimi atəşkəs əldə etmək məqsədilə aparılan vasitəçilik səyləri davam edir. Lakin danışıqların əsas mövzularından biri Rəfahdakı tunellərdə ilişib qalan HƏMAS yaraqlılarının taleyidir.

Publika.az xəbər verir ki, İsrailin “Maariv” qəzetinə görə, İsrail ordusu “Sarı Xətt” adlanan atəşkəs xəttinin İsrail tərəfində təxminən 200 HƏMAS yaraqlısının qaldığını ehtimal edir.

HƏMAS və vasitəçi ölkələr onların Qəzzaya keçməsinə icazə verilməsini tələb etsələr də, İsraildə bəzi dairələr bu silahlıların tunellərdə zərərsizləşdirilməsini təklif edir. Müzakirə olunan variantlardan biri də tunellərin giriş və çıxışlarının tam bağlanmasıdır.

İsrail mediası yazır ki, ABŞ prezidenti Donald Tramp məsələni həll etməyə çalışır və onların silahlarını, həmçinin tunellərdə saxlanılan girovların meyitlərini təhvil vermələri müqabilində təhlükəsiz keçid imkanının verilə biləcəyi müzakirə olunur.

İsrailin dövlət televiziyası “KAN” hökumətin vasitəçilər vasitəsilə dolayı danışıqlar apardığını bildirib. Lakin İsrail tərəfi keçid icazəsini 2014-cü ildə Rəfahda öldürülən zabit Hadar Qoldinin meyitinin qaytarılması ilə şərtləndirib.

Chosen
36
publika.az

1Sources