EN

Neftin qiyməti ucuzlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb.

Missiya.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,63 ABŞ dolları və ya 0,96% azalaraq 64,8 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65,43 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Chosen
18
49
missiya.az

10Sources