EN

Ölkədə aktiv vergi ödəyicilərinin sayı artıb

2025-ci ilin noyabrın 1-nə ölkədə 1 660 182 vergi ödəyicisi olub. Bu da bu, ötən il noyabrın 1-i ilə müqayisədə 4,8 % çoxdur. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Vergi ödəyicilərinin 86,8 %-i fiziki şəxslər, 13,2 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 4,5 %, idarə, müəssisə və təşkilatların sayı isə 7 % artıb.

Oktyabrın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 7,7 % çox – 202 088 vahid təşkil edib. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,9 %-i məhdud məsuliyyətli cəmiyyət (MMC), 1,1 %-i səhmdar cəmiyyət, 1,1 %-i kooperativ, qalanı isə digər formalarda yaradılıb.

Təkcə bu ilin 10 ayında 12 042 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onun 88,7 %-i yerli, 11,3 %-i xarici investisiyalıdır.

Aytac

Chosen
56
1
anews.az

2Sources