EN

Rusiya Müdafiə Nazirliyinin polkovnikinə rüşvətxorluğa görə 10 il həbs cəzası verilib

Məhkəmə Rusiya Müdafiə Nazirliyinin hərbi nümayəndəliyinin rəhbəri İvan Populovskini 10 il müddətinə azadlıqdan məhrum edib. O, ümumi məbləği 11 milyon rubldan çox rüşvət almaqda günahkar bilinib.

Herbiand.az bildirir ki, bu barədə “İnterfaks” agentliyi Rusiya İstintaq Komitəsinə istinadən xəbər verir.

Populovski cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Bundan başqa, polkovnik hərbi rütbəsindən də məhrum edilib.

İstintaqın bildirdiyinə görə, Populovski və onun tabeliyində olan Qriqori Zorin 2021-ci ildən 2024-cü ilə qədər kommersiya təşkilatlarının nümayəndələrindən Rusiya Müdafiə Nazirliyi üçün kabel məhsullarının tədarükü üzrə müqavilələrin icrasına himayədarlıq etmək üçün 11 milyon rubldan çox pul alıblar. Müqavilələrin ümumi dəyəri 1,2 milyard rublu ötüb.

Məhkəmə bundan əvvəl Zorini 5 il şərti cəzaya məhkum edib və mayor hərbi rütbəsindən məhrum edib. Həmçinin, ona 4 il müddətinə dövlət orqanlarında vəzifə tutmaq və ya yerli hakimiyyət orqanlarında işləmək qadağan edilib.

Populovski və Zorin 2024-cü ilin sentyabrında Moskvada saxlanılıblar.

Bəxtiyar CƏFƏRLİ

Chosen
42
herbiand.az

1Sources