EN

Vətən Müharibəsi Qəhrəmanları ilə tələbələrin görüşü keçirilib

 

Bakı, 7 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanlarının tələbələrlə görüşü keçirilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Vətən müharibəsinin 5-ci ildönümünə həsr edilən tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüş zamanı Vətən Müharibəsi Qəhrəmanları Qəzənfər Ağayev, Ramazan Hudulov və Vətən müharibəsi əlili Fərid Bağırlı müharibə ilə bağlı xatirələrini bölüşüb, keçdikləri döyüş yolundan danışıblar. Torpaqlarımızın işğaldan azad olunmasında əsgər və zabitlərimizin göstərdikləri şücaətdən bəhs ediblər.

Düşmən üzərində qazanılan möhtəşəm Zəfərin xalqımızın birliyi, dövlətimizin gücü və əsgərlərimizin rəşadəti sayəsində mümkün olduğu vurğulanıb. Cəsur döyüşçülər tələbələri maraqlandıran sualları cavablandırıblar.

 

Chosen
43
1
azertag.az

2Sources