EN

ABŞ də xaos uçuşlar kütləvi ləğv olunur

Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ hava yolları şirkətləri hökumətin fəaliyyətinin dayandırılması (shutdown) səbəbindən Federal Aviasiya Administrasiyasının (FAA) göstərişinə əsasən, ölkənin ən işlək hava limanlarında uçuşların azaldılması qərarına cavab olaraq dünəndən etibarən reysləri ləğv etməyə başlayıb.

Bakupost.az yerli KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin ən sıx 40 hava limanının bir neçəsində ləğv sayı dünən günortadan sonra artmağa davam edib. Bu gündən isə planlaşdırılan yüzlərlə uçuş ləğv edilib.Uçuşları izləyən “FlightAware” saytının məlumatına görə, bu günə ən azı 445 uçuş ləğv olunub – bu, dünənki rəqəmdən dörd dəfə çoxdur.FAA hava yollarına 20-dən çox ştatdakı ən iri 40 hava limanında uçuş cədvəllərini 10% azaltmağı əmr edib.Məhdudiyyətlər bir sıra kiçik hava limanlarında xidmətlərin azalmasına da səbəb olacaq və bəzi sərnişinlər artıq səyahət planlarını dəyişməyə və ya ləğv etməyə başlayıblar.Aviaşirkətlər hansı reyslərin ixtisar olunacağını müəyyənləşdirmək üçün prosesi sürətləndirərkən, qarşıdakı həftəsonu və sonrakı günlərdə sərnişinlər arasında uçuşların vaxtında baş tutacağı ilə bağlı narahat gözlənti hökm sürür.

Cavid, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
46
www.bakupost.az

1Sources