EN

Polşada yarım milyon insan ümumi hərbi təlim keçəcək

Polşa 2026-cı ilin sonuna qədər təxminən 500 000 nəfərə təlim keçməyi planlaşdırır. Bu, noyabrda başlayacaq ümumi hərbi təlim proqramının bir hissəsi çərçivəsində baş tutacaq.

Herbiand.az xəbər verir ki, bu barədə Polşa ordusunun Baş Qərargahında keçirdiyi mətbuat konfransında milli müdafiə nazirinin müavini Sezari Tomçik bildirib.

Onun sözlərinə görə, bu ilin noyabr və dekabr aylarında təxminən 100 min nəfər, 2026-cı ildə isə daha 400 min nəfər hərbi təlim keçəcək.

Proqrama pilotsuz uçuş aparatlarının idarə edilməsi, müxtəlif çaplı silahlarla davranış, ilkin tibbi yardımın göstərilməsi və hərbi həkim kimi fəaliyyət göstərmək üzrə təlimlər daxildir. İştirakçılar ekstremal şəraitdə sağ qalma bacarıqlarını da öyrənəcəklər.

Bəxtiyar CƏFƏRLİ

Chosen
68
herbiand.az

1Sources