EN

Azərbaycan süni intellekt infrastrukturunun yerləşdirilməsi üçün unikal üstünlüklərə malikdir - BCG

Bakı. Trend:

Azərbaycan süni intellekt infrastrukturunun yerləşdirilməsi üçünunikal üstünlüklərə malikdir.

Trend xəbər verirki, bu barədə “Boston Consulting Group”un (BCG) hesabatındabildirilir.

“Texnoloji suverenlik qarşıdakı onillikdə iqtisadi təsirin əsasamillərindən birinə çevriləcək. Lider mövqeləri yalnız enerjiresurslarına deyil, həm də enerjini innovasiyaya çevirməkqabiliyyətinə malik insan kapitalına sahib ölkə və regionlartutacaq.

Enerji bazası sayəsində Azərbaycan süni intellektinfrastrukturunun yerləşdirilməsi üçün unikal üstünlüklər əldəedir. Uğur qazanmaq üçün həmçinin təhsil və ixtisasartırmaistiqamətində yeni yanaşmalar formalaşdırmaq, dövlət və biznestərəfindən süni intellekt həllərinə tələbi təmin etmək, eləcə dəyerli ekosistem ilə Qlobal Texnoloji Klasterlər- məsələn, “SilikonVadisi” və ya İsrail - arasında tərəfdaşlıqlar qurmaq lazımdır ki,bu da bilik və texnologiyaların mübadiləsini təmin etsin”, -materialda qeyd olunur.

“BCG”nin idarəedici direktoru və partnyoru Anton Aristovbildirib ki, texnoloji layihələr təkcə yüksək səviyyəli yerliekspertizaya deyil, həm də qlobal ekosistemlə tərəfdaşlıqsisteminin qurulmasına ehtiyac duyur.

“Artıq bu gün Silikon Vadisindəki investorların Azərbaycandahəyata keçirilən, real istehsala yaxın olan bir sıra layihələrəmarağı göstərir ki, ölkə yerli həllərlə qlobal texnoloji kontekstinqovuşduğu bir mərkəzə çevrilə bilər”, - deyə o qeyd edib.

Məqalədə:
Chosen
16
az.trend.az

1Sources