EN

Entoni Hopkins Çarlz Darvin rolunu canlandıracaq

Məşhur aktyor Entoni Hopkinsin yeni layihəsi bəlli olub.

Far.Az xəbər verir ki, o bioqrafiya janrlı ekran əsərində müasir biologiya elminin əsas simalarından olan Çarlz Darvini canlandıracaq.

Filmdə Entoni Hopkinsin tərəf müqabili Şarlotta Ramplinq olacaq. O Darvinin həyat yoldaşı Emma Darvin rolunu oynayacaq.

Süjet xəttində "Downe House" adlı mülkdə yaşayan və mərhum ərinin xatirələrində dalan qadının hekayəsindən bəhs ediləcək

Filmdə Darvinin ölümündən sonra bəzi sirlərin açılması da öz əksini tapacaq.

Ekran işində aktyor Tom Hollander də çəkiləcək. Film rejissoru Castin Çadvikin rejissorluğu ilə çəkiləcək.

Chosen
8
1
far.az

2Sources