EN

Trabzondan Soçiyə gedən bərə LİMANA BURAXILMADI

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Trabzon limanından Soçiyə ilk səfərini edən Sibridge bərəsinin Soçi limanına girişinə icazə verilməyib və bərə sahilə yaxın sularda qalıb.

Hafta.az-ın yazdığına görə, Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) açıqlamasında bildirib ki, “Rusiya tərəfi Sibridge-in Rusiya ərazisinə girişinə icazə verməyib, çünki giriş icazəsi yoxdur. Bundan əlavə, Soçi limanı hərbi təlimlər səbəbindən saat 12:00-a qədər bağlıdır”.

Bərədə ümumilikdə 20 sərnişin var ki, onlardan 18-i Rusiya, 2-si Türkiyə vətəndaşıdır və əlavə olaraq 26 heyət üzvü var. Sərnişinlər Soçi limanına daxil olmaq üçün təxminən 12 saat gözlədiklərini, lakin səlahiyyətlilər hələ də dəqiq bir izahat vermədiklərini söyləyirlər. Bir sərnişin zəng edərək deyib: “Bizi evə aparmalarını istəyirik. Qayıqla Rusiyaya getməyə hazırıq. Sərhədçilərimizin bizi götürmələrini istəyirik”.

Sərnişinlər bərədəki şəraitin getdikcə çətinləşdiyini bildirirlər. “Biletlərimizi alanda bizə dedilər ki, bu, bufetli bərədir, amma bizə yalnız su verdilər”, - deyə sərnişinlərdən biri SOCHI1.RU portalına bildirib.

Bərədəki ərzaq ehtiyatının tükəndiyi və sərnişinlərin gəmidən düşməyə can atdığı bildirilir.

Chosen
29
hafta.az

1Sources