Bakı, 7 noyabr, AZƏRTAC
Bu gün Azərbaycan Basketbol Liqasında VI turun növbəti oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, hər iki görüş B qrupunda baş tutacaq. “Quba” “Sərhədçi”ni, “Naxçıvan” isə “Ordu”nu qəbul edəcək. Qarşılaşmalar müvafiq olaraq, 15:00-da və 19:00-da təşkil olunacaq.