EN

Trampdan Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama

ain.az, Bakupost portalına istinadən məlumat verir.

TRIPP layihəsi (beynəlxalq sülh və rifah üçün Tramp marşrutu) dünyanın iqtisadi cəhətdən əhəmiyyətli bir bölgəsindən keçən nəqliyyat dəhlizidir. Layihə Xəzər dənizinin digər tərəfində ticarət fəaliyyətinin artımını stimullaşdırmaq və Orta Asiya ölkələrinin inkişafına töhfə vermək üçün hazırlanıb.Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trump C5 + 1 görüşü zamanı bildirib.Trampa görə, bu marşrutun icrası Azərbaycan ilə Ermənistan arasında tarixi saziş sayəsində mümkün olub."Bu tarixi saziş yeni bir “Tramp marşrutu” yaradır. Bu heyrətamizdir. Onlar - Azərbaycan və Ermənistan bu marşruta mənim şərəfimə Tramp adını verdilər və mən bunu həqiqətən yüksək qiymətləndirirəm. Bu əslində böyük bir nailiyyətdir. Trampın yeni marşrutu beynəlxalq sülhün yoludur. İqtisadi cəhətdən əhəmiyyətli bir bölgədən keçir və Orta Asiya xalqlarına kömək edərək Xəzər dənizi boyunca ticarəti təşviq edəcəkdir. Əminəm ki, bu gün burada iştirak edən hər bir ölkə ortaya çıxan imkanlardan yararlana biləcək", - Tramp deyib.Donald Tramp ötən gün Ağ Evdə “Mərkəzi Asiya + ABŞ” (C5+1) formatında region ölkələrinin liderlərini qəbul edib.Görüşdə Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan prezidentləri iştirak ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
9
www.bakupost.az

10Sources