EN

Cari ilin 9 ayında ümumi daxili məhsul real ifadədə 1,3 faiz artıb - Ziyafət Əsgərov

Qazanılan siyasi, iqtisadi uğurlar, reallaşdırılan qlobal əhəmiyyətli layihələr, regional və beynəlxalq müstəvidə qurulan əməkdaşlıq modeli, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası və cari ilin avqustunda Vaşinqtonda ABŞ Prezidenti D.Trampın şahidliyi ilə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin paraflanması ölkəmizin qarşısında tamamilə yeni səhifələr açır. Azərbaycan dünyada nadir ölkələrdən biridir ki, 30 ildən çox davam edən bir münaqişəni öz gücü ilə tam Qələbə sayəsində başa çatdırıb və bununla da dövlət quruculuğunun yeni mərhələsinə qədəm qoyub. SİA xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov noyabrın 7-də parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında çıxışı zamanı səsləndirib.

O bildirib ki, cari ilin 9 ayının məlumatlarına əsasən, ümumi daxili məhsul real ifadədə 1,3 faiz artıb. Bunun da məlum səbəbi ölkəmizdə mədən çıxarma sənayesində mövcud olan istehsalın həcmi və ixrac qiyməti ilə bağlıdır.

“Bildirmək istərdim ki, büdcə layihəsi təkcə dövlətin baş maliyyə sənədi deyil, o, dövlətin qarşısında duran məqsəd və vəzifələrin bir il ərzində idarə olunmasını, gerçəkləşdirməsini təmin edən strateji bir sənəddir”, - deyə Z.Əsgərov əlavə edib.

Chosen
30
4
sia.az

5Sources