EN

Komitə sədri: 2026-cı il üçün təhlükəsizliklə bağlı büdcənin artırılması zəruri addımdır

BAKI, 7 noyabr. TELEQRAF
2026-cı il büdcəsində müdafiə və milli təhlükəsizlik üzrə 8 milyard 714,8 milyon manatlıq xərclər (xüsusi çəkisi 20,9 faiz) , (Müdafiə və milli təhlükəsizlik xərcləri ,yəni 7.2 maddə) Azərbaycanın daxili sabitliyini, müdafiə qabiliyyətini və regional təhlükəsizlik siyasətini gücləndirməyə yönəlib.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə gələn ilin büdcə zərfinin müzakirəsi zamanı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
O qeyd edib ki, 2026-cı il üçün Təhlükəsizlik büdcəsinin artırılması, ilk növbədə, dövlətimizin qarşısında duran yeni təhlükəsizlik reallıqları və milli maraqlarımızın qorunması baxımından zəruri addımdır.
Bu gün regionda və dünyada müşahidə etdiyimiz proseslər göstərir ki, təhlükəsizlik anlayışı artıq yalnız hərbi sahə ilə məhdudlaşmır. O, həm də informasiya müharibələrinə, kibertəhlükələrə, sərhəd mühafizəsinə, ictimai sabitliyin qorunmasına və fövqəladə hallara operativ reaksiya vermək bacarığına əsaslanır.
İşğaldan azad olunmuş ərazilərdə bərpa və köç prosesi geniş vüsət alıb. Həmin ərazilərdə minalardan təmizləmə, hüquq-mühafizə infrastrukturunun yaradılması, insanların təhlükəsiz şəkildə geri qayıdışı üçün əlavə resurslara ehtiyac var. Bu, təkcə təhlükəsizlik deyil, həm də dövlətin sosial məsuliyyəti məsələsidir.
Eyni zamanda, Azərbaycanın beynəlxalq öhdəlikləri, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq əməkdaşlıq çərçivəsində üzərinə götürdüyü vəzifələr, yeni texnoloji çağırışlar və müdafiə sənayesinin inkişafı bu sahəyə əlavə maliyyə dəstəyi tələb edir.
Bizim məqsədimiz sadəcə xərcləri artırmaq deyil — məqsədimiz dövlətin müdafiə qabiliyyətini, milli təhlükəsizlik sistemini və vətəndaşlarımızın əmin-amanlığını daha da möhkəmləndirməkdir.
Komitə sədri bildirib ki, təhlükəsizlik hər bir dövlətin suverenliyinin dayağı, sabit inkişafın və iqtisadi tərəqqinin əsas təminatıdır: “Buna görə də mən 2026-cı il üçün Təhlükəsizlik büdcəsinin artırılmasını tam zəruri və strateji baxımdan düzgün qərar hesab edirəm.
Azərbaycan Ordusunun texniki və döyüş hazırlığı: Silahlanma, döyüş texnikası, pilotsuz uçuş aparatları, rabitə və kəşfiyyat sistemlərinin yenilənməsi.
Müdafiə sənayesinin inkişafı: Yerli hərbi istehsal potensialının genişləndirilməsi, texnoloji avadanlıqların modernləşdirilməsi.
Hərbi təlimlər və beynəlxalq əməkdaşlıq: Xüsusilə Türkiyə və Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən ortaq hərbi təlimlər, NATO tərəfdaşlığı proqramları.
Dövlət Təhlükəsizlik Xidməti (DTX) və Xarici Kəşfiyyat Xidməti (XKX): Xarici təhdidlərə qarşı mübarizə, informasiya təhlükəsizliyi, antiterror əməliyyatlarının maliyyələşdirilməsi.
Kibertəhlükəsizlik: Strateji informasiya sistemlərinin müdafiəsi, dövlət qurumlarının rəqəmsal təhlükəsizliyinin təmin edilməsi.
si, texnoloji avadanlıqların yenilənməsi, pilotsuz sərhəd müşahidə sistemləri.
Daxili İşlər Nazirliyi və Daxili Qoşunlar: İctimai asayişin qorunması, ekstremizm və qeyri-qanuni fəaliyyətlərə qarşı mübarizə.
Müharibə veteranlarının, qazilərin və şəhid ailələrinin sosial müdafiəsi üçün ayrılan vəsaitlər (ev təminatı, təqaüdlər, tibbi reabilitasiya proqramları).
ANAMA-nın fəaliyyəti: Azad edilmiş ərazilərdə mina və partlayıcı qalıqların təmizlənməsi.
Azad edilmiş ərazilərdə təhlükəsizlik infrastrukturunun yaradılması: Yeni hərbi hissələrin yerləşdirilməsi, nəzarət sistemləri, nəqliyyat-kommunikasiya təhlükəsizliyi.
Bir sözlə ,2026-cı il üçün bu sahəyə ayrılan 8,7 milyard manatlıq büdcə Azərbaycanın postmüharibə dövründə sülhü gücləndirmə, müdafiə sənayesinin inkişafı , və regionda təhlükəsizlik balansını qoruma strategiyasına xidmət edir.

Chosen
14
3
teleqraf.com

4Sources