EN

Premyer Liqa: Derbinin dubl və het-trikləri - ARENA.AZ

Bu həftə futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün ilk Azərbaycan derbisi baş tutacaq.

Arena.az xəbər verir ki, Premyer Liqanın 2025/2026-cı illər mövsümünün 11-ci turu çərçivəsində “Qarabağ” “Neftçi”ni qəbul edəcək.

“Zəfər turu” çərçivəsində noyabrın 9-da “Azərsun Arena”da keçiriləcək bu qarşılaşmaya saat 18:44-də start veriləcək.

Peşəkar Futbol Liqası “Qarabağ” – “Neftçi” qarşılaşması öncəsi bu komandalar arasında indiyədək keçirilmiş oyunlarda qeydə alınan dubl və het-triklərin statistikasını açıqlayıb:

İlk dubl – Yunis Hüseynov (“Neftçi”) – 02.10.1994. “Neftçi” – “Qarabağ” – 3:2

“Qarabağ”ın ilk dublu – Müşfiq Hüseynov – 17.09.1995. “Neftçi” – “Qarabağ” – 2:2

Dublların ümumi sayı – 19

“Neftçi”nin dubllarının sayı – 6

“Qarabağ”ın dubllarının sayı – 13

Yalnız iki futbolçu 2 dəfə dubla imza atıb – Mahir Emreli və Kadi Borges (hər ikisi “Qarabağ”).

İlk het-trik – Georgi Adamiya (“Qarabağ”) – 13.05.2011. “Qarabağ” – “Neftçi” – 3:0

Het-triklərin sayı – 3. Bütün het-triklərə “Qarabağ”ın futbolçuları imza atıb.

İki futbolçu həm het-trik edib, həm dubl müəllifi olub – Reynaldo Silva və Filip Ozobiç (hər ikisi “Qarabağ”).

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da derbidə dubl edib. O, “Neftçi”nin futbolçusu kimi fərqlənib – 13.03.2004. “Qarabağ” – “Neftçi” – 1:3

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
10
17
arena.az

10Sources