EN

"Beşiktaş" nigeriyalı forvardı istəyir

“Beşiktaş” heyətini nigeriyalı forvardla gücləndirməyi planlaşdırır.

Sportal.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Türkiyə klubu Viktor Bonifase ilə danışıq aparır.

“Qara qartallar” 24 yaşlı forvardı transfer etmək üçün “Bayer”lə razılıq əldə etməlidir. Çünki Bonifase 2028-ci il iyunun 30-na qədər Leverkuzen klubuna məxsusdur.

O, hazırda “Verder”də (Bremen) icarə əsasında oynayır.

Nigeriya millisinin forvardı əvvəllər “Real Safir”, “Lefke”, “Bodo Qlimt”, “Union SG” komandalarında çıxış edib.

saytlarin hazirlanmasi

Chosen
50
2
sportal.az

3Sources