EN

Aysundan Mənzurəyə sərt mesaj: “Anam cavab verə bilməsə də mən burdayam!”

Müğənni Aysun İsmayılova həmkarı Mənzurə Musayevanın canlı yayımda səsləndirdiyi ifadəyə görə ondan inciyib.

News365.az xəbər verir ki, efir zamanı Mənzurə Musayeva, Aysunun həbsdə olan anası Rəqsanə İsmayılova ilə bağlı “Onsuz da cavab verə bilməyəcək” ifadəsini işlədib. Bu sözlər Aysunun narazılığına səbəb olub.

Aysun açıqlamasında bildirib:

“Mən Mənzurə xanımı çox istəyirəm və hörmət edirəm. Amma efirdə səsləndirdiyi o ifadə mənim xətrimə dəydi.  Anam olmasa da, mən varam. Kimə necə lazımdır, cavab verərəm və o tərəfə də keçərəm.”

Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Aysun Musayevanın həmin sözləri həyəcanla dediyini ehtimal etsə də, bu ifadəni insanlığa yaraşmayan adlandırıb.

News365.az 

Chosen
38
news365.az

1Sources