EN

“Amerika öz qoşunlarını Rumıniyadan çıxarmaq qərarını ləğv etməlidir” - Müdafiə nazirinin müavini

Rumıniya müdafiə nazirinin müavini Sorin Moldovan Amerika qoşunlarının ölkədən çıxarılması qərarının ləğv edilməsinin vacibliyini bəyan edib.

Herbiand.az bildirir ki, o, Politico-ya şərhində belə bir qərarın ikitərəfli münasibətlər üçün yaxşı siqnal olmadığını açıqlayıb.

Moldovan hesab edir ki, bu qərar siyasi simvolizm baxımından olduqca qəribə görünür: “Belə bir addım NATO üçün həssas məqamda baş verir və alyans daxilində parçalanma ilə bağlı Rusiyanın təbliğatını gücləndirə bilər”.

Qeyd edək ki, Pentaqon təqribən 800 hərbçidən ibarət piyada briqadasını Rumıniyadan Kentukkiyə köçürmək istəyir. Bununla ABŞ ordusu diqqətini yenidən daxili prioritetlərə yönəldir.

Bəxtiyar CƏFƏRLİ

Chosen
51
herbiand.az

1Sources