EN

Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların həcmi açıqlanıb

Bakı, 7 noyabr, AZƏRTAC

Ötən 9 ayda əsas kapitala 13 milyard manat vəsait yönəldilib. Qeyri-neft-qaz sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların real həcmi 7 faiz artıb. Özəl qeyri-neft-qaz investisiyaları 10,8 faiz artıb və qeyri-neft-qaz ÜDM-in artım tempini 3,7 dəfə üstələyib.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirin müavini Sahib Ələkbərov noyabrın 7-də parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

O bildirib ki, strateji valyuta ehtiyatları 2018-ci ilin sonundan 2025-ci ilin 1 oktyabrınadək 1,8 dəfədən çox artaraq 81,5 milyard ABŞ dolları təşkil edib. Bu, cari il üzrə gözlənilən ÜDM-in səviyyəsindən çoxdur.

Chosen
40
1
azertag.az

2Sources