EN

Yaponiyanın “Olympus” şirkəti 2000 iş yerini ixtisar edəcək

Bakı, 7 noyabr, AZƏRTAC

Yaponiyanın “Olympus” korporasiyası korporativ strukturunu sadələşdirmək və maliyyə vəsaitinə qənaət məqsədilə təxminən 2000 iş yerini (ümumi işçi qüvvəsinin təxminən 7 faizi) ixtisar edəcəyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, korporasiyanın yaydığı məlumata görə, ixtisarlar 2027-ci ilin mart ayına qədər aparılacaq və illik təxminən 24 milyard yen (156 milyon ABŞ dolları) qənaətlə nəticələnəcək. Fotoaparat və kamera avadanlığı istehsalçısı kimi tanınan “Olympus” şirkəti son zamanlar fəaliyyət dairəsini genişləndirərək, endoskop da daxil olmaqla, tibbi avadanlıqların istehsalına başlayıb.

Kompaniyanın səhmləri cümə günü 1,7 faiz bahalaşıb, kapitallaşması isə ilin əvvəlindən bəri 21 faiz aşağı düşüb.

 

Chosen
9
2
azertag.az

3Sources