EN

İsrail müdafiə naziri: “Tunellər yoxdursa — HƏMAS da yoxdur”

İsrail müdafiə naziri İsraəl Kats sosial şəbəkədə yazıb ki, Qəzzadakı bütün terror tunelləri tamamilə məhv edilənə qədər ordudan (ÇAХAL) tələb edib ki, onları axtarıb sıradan çıxarsınlar.

Olaylar.az xəbər verir ki, nazir qeyd edib:

"Sonuncu tunelədək. Mən ÇAХAL-dan Qəzzadakı bütün terror tunellərinin məhv edilməsini tələb etdim. Əgər tunellər yoxdursa - HƏMAS da yoxdur."

Kats HƏMAS-ın tunel şəbəkəsinə və onun hərbi infrastrukturuna yönəlik əməliyyatlara vurğu edir. Açıqlama həmçinin İsrailin hədəfinin tunnel infrastrukturu vasitəsilə həyata keçirilən hücum imkanlarını məhdudlaşdırmaq olduğunu üzə çıxarır.

Məlumatda əməliyyatların taktiki detalları və zərərlər barədə əlavə məlumat verilməyib. Açıqlama beynəlxalq və regional mediada geniş rezonans doğurub. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
6
1
olaylar.az

2Sources