EN

Şəhid ailələri və müharibə iştirakçıları üçün marketinq və müştəri ilə iş mövzusunda dördüncü təlim keçrildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Sabunçu Gənclər Evində “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin həyata keçirdiyi “Şəhid ailələri və müharibə iştirakçıları arasında sahibkarlıq mövzusunda təlimlərin keçirilməsi adlı layihə çərçivəsində 30 avqust 2025-ci il tarixində dördüncü təlim təşkil olundu.

Tədbir Azərbaycan şəhidlərinin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başladı. “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri və layihə rəhbəri Habil Niftali iştirakçıları salamladıqdan sonra sözü təlimçi Taleh Əliyev verdi. Təlimin mövzusu haqqında iştirakçılara məlumat verən təlimçi Taleh Əliyev bildirdi ki, bu gün ki, təlimldə marketinq və müştəri ilə iş haqqında aşağıdakı mözularda sizə ətraflı məlumat veriləcək. Hədəf auditoriyanın müəyyənləşdirilməsi, brendin və məhsulun təqdimatı, rəqəmsal marketinq (Facebook, Instagram, WhatsApp Business) və müştəri məmnuniyyəti. Təlimin məruzə hissəsi bitdikdən sonra iştirakçılar öz sahibkarlıq ideyası barədə öz fikirlərini bölüşdülər.

Yekunda “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri və layihə rəhbəri Habil Niftali Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürünü bildirərək eyd etdi ki, belə layihələrin maliyyələşdirilməsi şəhid ailələri və müharibə iştirakçılarının sahibkarlıq fəaliyyətinə cəlb olunması baxımından çox əhəmiyyətlidir. Bu həm yeni iş yerlərinin yaradılması həm də məşğulluq probleminin həlli baxımındanda çox önəmlidir.

 



Chosen
26
herbiand.az

1Sources