EN

Pezeşkian: Tehranı boşaltmalı olacağıq

İran Prezidenti Məsud Pezeşkian uzunmüddətli quraqlığın səbəb olduğu su böhranının daha da dərinləşəcəyi təqdirdə paytaxt Tehranın təxliyə oluna biləcəyi barədə xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, o, bu açıqlamanı ölkənin qərbində yerləşən Sənəndəc şəhərinə işgüzar səfəri zamanı verib.

Yerli hakimiyyət nümayəndələri ilə görüşdə çıxış edən prezident ölkədəki bir sıra iqtisadi-sosial problemlərə toxunub.

Pezeşkian uzunmüddətli quraqlıq nəticəsində su təchizatı ilə bağlı yaranan böhranlı vəziyyətə xüsusi diqqət çəkib:

“İran yağıntı çatışmazlığı və su ehtiyatlarının tükənməsi kimi təbii çağırışlarla üzləşir və bunlar ciddi nəticələrə səbəb ola bilər”.

Prezident su və enerji sərfiyyatına ciddi qənaət edilməsinin, həmçinin resursların daha rasional idarə olunmasının vacibliyini vurğulayıb.

Məsud Pezeşkian Tehranda yaranmış təhlükəli vəziyyətə diqqət çəkərək deyib:

“Əgər yaxın vaxtlarda yağış yağmasa, gələn aydan etibarən Tehranda suya ciddi məhdudiyyətlər tətbiq etməyə məcbur olacağıq. Yağıntılar yenə də olmasa, ehtiyatlar tükənəcək və şəhərin təxliyəsinə başlamağa məcbur qalacağıq”.
Chosen
18
1
sherg.az

2Sources