EN

Qarabağ ın məyus etdiyi Çelsi axtardığını Bundesliqada tapdı

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

Həftəiçi Bakıdan məyus dönən "Çelsi" yeni istedad axtarışına çıxıb.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış ingilis jurnalist Qrem Beyli yayıb.

Mənbənin məlumatına görə, London nəhəngi "Leypsiq"in vingeri Yann Diomandeylə ciddi maraqlanır. "Çelsi" 18 yaşlı futbolçunun bu mövsümkü performansına heyran qalıb. "Mavilər" Fil Dişi Sahilindən olan vunderkindi heyətinə qatmaq üçün qollarını çırmalayıb.

Yann Diomande bu mövsüm 10 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib. O, ölkəsinin millisində 2 oyun keçirib, 2 qol vurub. "Transfermarkt" afrikalı ulduzun dəyərini 20 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində "Çelsi" ilə 2:2 hesablı bərabərə qalıb.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
2
fanat.az

3Sources