EN

İstanbul Prokurorluğu 17 futbol hakiminin həbsinə dair order verib

Bakı. Trend:

Türkiyənin İstanbul şəhər Baş Prokurorluğu Türkiyə Superliqasıklublarından “Eyüpspor”un prezidenti Murat Özka və 17 hakimin həbsilə bağlı order verib.

Trend bu barədəxarici KİV-ə istinadən məlumat verir.

TFF prezidenti İbrahim Hacıosmanoğlu bildirib ki, hazırdafəaliyyət göstərən 571 peşəkar hakimdən 371-nin bukmekerşirkətlərində qeydiyyatdan keçmiş hesabları aşkarlanıb ki, bu daBeynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa FutbolAssosiasiyaları İttifaqının (UEFA) qaydalarının birbaşa pozulmasıdeməkdir.

Onlardan 152-si futbol matçları ilə bağlı mərc oyunlarında aktiviştirak edib.

Hazırda ən azı 18 nəfər şübhəli şəxs qismində saxlanılıb.Ümumilikdə istintaq çərçivəsində 21 həbs orderi verilib.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) daxili araşdırmaapararaq bəzi hakimlərin mərc oyunlarında iştirak etdiyini müəyyənedib.

Məqalədə:
Chosen
38
az.trend.az

1Sources