EN

"Milan"ın yeni transfer hədəfi

“Milan”ın yeni transfer hədəfi bəlli olub. 

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, “rossonyerlər” “Dinamo”nun hücumçusu Sandro Kulenoviçlə müqavilə imzalamağı planlaşdırır.

1999-cu il təvəllüdlü forvard özü də İtaliyaya yollanmağa müsbət yanaşır. “Milan”ın xorvat forvarda görə “Dinamo”ya nə qədər təzminat məbləği təklif edəcəyi isə hələ ki dəqiqləşməyib.

Sandronun Zaqreb təmsilçisi ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. Forvard Xorvatiya çempionatında 12 turdan sonra 6 xalla bombardirdir. Kulenoviç karyerası ərzində “Legiya”(Varşava), “Riyeka”, “Lokomotiva”(Zaqreb) komandalarında oynayıb.

 

saytlarin hazirlanmasi

Chosen
38
sportal.az

1Sources