EN

Yamalın atası nişanlandı - sevgilisi Lamindən cəmi 5 yaş böyükdür - FOTO

"Barselona"nın gənc ulduzu Lamine Yamalın atası 23 yaşlı Kristina adlı qadınla nişanlandığını elan edib.

35 yaşlı Munir Nəsraui bu xəbəri İnstagram hesabında qara ürək və üzük emojiləri ilə paylaşaraq təsdiqləyib.

Beləliklə, 18 yaşlı Yamalın cəmi beş yaş böyük bir ögey anası olacaq. Nəsraui və Xristina bir müddətdir birlikdə görünürdülər və bu nişanla münasibətlərini rəsmiləşdiriblər.

Qeyd edək ki, Yamalın anası Şeyla Ebana 2010-cu ildən etibarən Munir Nəsrauvidən ayrılıb./Milli.az/

 

Chosen
16
3
musavat.com

4Sources