EN

Əməkdar artist: 100 verirdilər, getmədim

Bəsti Bəkirova toyda çıxış etmək üçün ona təklif olunan məbləğdən danışıb.

"Yeni Sabah" xəbər verir ki, Əməkdar artist "Öz aramızda" verilişində bildirib:

"Biz pula satılmırdıq. Bir adama söz vermişdim ki, toyuna gedəcəyəm. Gəncədən qapıma gəliblər. Adını desəm, tükləriniz biz-biz olardı. Elə bir adam idi. Dedi ki, 50 min manat verirəm. "Gedə bilmərəm" cavabını verdim. 100 minə çıxan təklifə də yox dedim. 

Elə olub ki, söz vermədən, sadəcə prinsipə ürəyim istəmədi, getmədim". 


Telegram kanalımız
Chosen
8
5
yenisabah.az

6Sources