EN

Vergi güzəştinin ləğv olunmasından söhbət gedə bilməz - Hökumət rəsmilərdən açıqlama

Azərbaycanda ciddi vergi artımından söhbət gedə bilməz, əksinə, onlarla vergi güzəşti tətbiq edilib. Bunu maliyyə naziri Sahil Babayev bildirib

Nazirin sözlərinə görə, hazırda yeganə müzakirə olunan məsələ muzdla işləyən şəxslərin vergi qaydaları ilə bağlıdır və bu istiqamətdə də aydın mexanizmlər müəyyənləşdirilib.

Nazir müavini Sahib Ələkbərov isə qeyd edib ki, vergi güzəştlərinin ləğv olunmasından söhbət getmir, sadəcə, əvvəlki 7 illik güzəşt müddəti başa çatıb. Onun yerinə yeni güzəşt mexanizmi tətbiq edilir.

“2500 manatadək əməkhaqqı alan şəxslər 3 faiz vergi ödəyəcək. Əgər güzəşt olmasaydı, bu göstərici 14 faiz təşkil edəcəkdi,” —  Ələkbərov bildirib.

Gülnar Nazimqızı 

Chosen
13
1
anews.az

2Sources