EN

İslamiadanın açılış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib

Bakı, 7 noyabr, AZƏRTAC

VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin bayraqdarları müəyyənləşib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu gün keçiriləcək açılış mərasimində üçrəngli Azərbaycan bayrağını ağırlıqqaldırma üzrə idmançımız Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə aparacaqlar.

Dadaş Dadaşbəyli (109 kiloqram) Bolqarıstanda keçirilən Avropa çempionatında üç qızıl, Tailandda təşkil olunan Dünya Kubokunda üç gümüş, Bəhreyndə baş tutan dünya çempionatında isə bir gümüş medal qazanıb.

Nilufər Ağazadə isə 2025-ci ildə Azərbaycan çempionu olub.

 

 

Chosen
8
1
azertag.az

2Sources