EN

BDU nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 7 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev, sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Məhəmməd Məhərrəmov, Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri Maarif Cəfərov və Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov Lənkəran rayonunun Osaküçə kəndində fakültənin şəhid məzunu Şəhriyar Həbibinin anım tədbirində iştirak ediblər.

BDU-dan AZƏRTAC-a bildirilib ki, fakültə əməkdaşları əvvəlcə səhid Səhriyar Həbibinin məzarını ziyarət edib, üzərinə əklil qoyublar. Şəhriyar Həbibiyə dərs demiş Bəxtiyar Paşayev və Məmməd Rəcəbov onunla bağlı xatirələrini bölüşüblər. Sonra fakültə əməkdaşları Şəhriyar Həbibinin ailəsinə baş çəkiblər.

Şəhriyar Həbibi 1993-cü il yanvarın 19-da Lənkəran rayonunun Osaküçə kəndində anadan olub. 2010-2014-cü illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. Hərbi xidmətdə olduğu dövrdə Aprel döyüşlərində iştirak edib. Vətən müharibəsində Cəbrayıl, Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak edib, noyabrın 6-da Qubadlı döyüşlərində həlak olub. Lənkəranın Osaküçə kəndində dəfn olunub. O, ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
33
azertag.az

1Sources