EN

“Bu, onların xərclərini ödəməyə kifayət edir”

“Regionlarda vergi yığımları onların xərclərini ödəməyə kifayət edir. Artıq bu məsələ ilə bağlı mexanizm istifadə olunur”.

FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Hər il ərzində proqnozda qeyd edilmiş vergilərdən yığılan vəsaitin 50%-i həmin rayonun ehtiyacları üçün onların vəsaitləri, xərcləri bölməsinə daxil edilir. Bizim rayonlarımız bu mexanizmdən aktiv istifadə edirlər”, - nazir bildirib.

Chosen
7
2
fed.az

3Sources