EN

İlon Mask sərvəti 500 milyard dollara çatan ilk insan oldu

Amerikalı iş adamı İlon Mask 500,1 milyard dollarlıq sərvətə çataraq dünyada xalis sərvəti 500 milyard dollardan çox olan ilk şəxs olub.

Missiya.Az “Forbes”ə istinadən xəbər verir ki, Maskın sərvəti Tesla səhmlərinin artması nəticəsində yüksəlib. Nyu-York birjasında Tesla-nın səhmləri 3,3 faiz bahalaşaraq ilin əvvəlindən bəri ümumilikdə 20 faiz artım göstərib.

Reytinqdə “Oracle” şirkətinin qurucusu Larri Ellison 350,7 milyard dollarlıq sərvətlə ikinci yerdə qərarlaşıb.

Məlumata görə, Maskın digər şirkətləri — “SpaceX” və süni intellekt startapı “xAI” — da son aylarda dəyər qazanıb.

Bu nailiyyət Maskın dünyanın ən zəngin insanı kimi mövqeyini möhkəmləndirib.

Seyranə QuliyevaMissiya.Az

Chosen
71
missiya.az

1Sources