EN

Diş ağrısı ölümə bu halda səbəb olur Həkim

ain.az, Demokrat.az saytına istinadən bildirir.

“Diş ağrısının səbəbi çox zaman infeksiya və ya irinli iltihab olur. Əgər bu infeksiya vaxtında müalicə edilməzsə, bakteriyalar qan dövranına keçərək sepsisə, yəni bütün orqanizmin iltihab reaksiyasına səbəb ola bilər”. Bu sözləri Demokrat.az-a açıqlamasında stomatoloq Cavanşir Cahangirov deyib.O deyib ki, sepsis çox sürətlə inkişaf edir:“Qısa zamanda çoxlu orqan çatışmazlığına gətirib çıxara bilər. Diş köklərində və ətraf toxumalarda yaranan irin bəzən çənə altı, boyun və sinə boşluğuna yayıla bilər. Xüsusilə ağrı, şişkinlik, udqunma çətinliyi, hərarət və ümumi halsızlıq kimi əlamətlər varsa, bu, artıq sadəcə diş ağrısı deyil, sistemli infeksiya əlamətidir. Bəzi insanlar ağrını azaltsın deyə antibiotikləri özbaşına qəbul edirlər, amma bu, təhlükəlidir. Çünki düzgün antibiotik seçilmədikdə və ya kurs yarımçıq saxlanıldıqda, bakteriyalar daha da güclənir və vəziyyət ağırlaşır”.Stomatoloq qeyd edib ki, diş infeksiyası müalicə baxımından sadə mərhələdə ikən asanlıqla aradan qaldırıla bilər:“Amma gecikdikdə nəticə çox ciddi ola bilir. Belə halların qarşısını almaq üçün insanlar diş ağrısını adi ağrı kimi qəbul etməməli, ağrı və şişkinlik başlayan kimi stomatoloqa müraciət etməlidirlər. Diş ağrısı vaxtında müalicə olunmazsa, sepsisə və ölümə belə səbəb ola bilər”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
30
demokrat.az

1Sources