EN

"Canlı Barbi" kimi tanınan influencer ölü tapıldı

Ajans.az xəbər verir ki,Braziliya polisi onun ölümü ilə bağlı araşdırma aparır. Barbara Yankavski 2 noyabrda San Paulo şəhərində yalnız alt paltarı ilə, sol gözündə çapıq və kürəyində qançırlar olan vəziyyətdə aşkarlanıb. Onun yanında 51 yaşlı vəkil Renato Kampos Pinto de Vitto olub. Vəkil bildirib ki, gecə influencerlə “xüsusi xidmətlər” üçün görüşüb və birlikdə vaxt keçiriblər. Yankavski reaksiya verməyəndə Vitto kömək çağırıb. Təcili yardım işçiləri doqquz dəqiqə ürək-ağciyər reanimasiyası etsələr də, onu xilas edə bilməyiblər. Polis bədənindəki izlərə görə hadisəni şübhəli hesab edir. Məhkəmə və toksikoloji müayinələr davam edir. Barbara Yankavskinin bir dostu göz zədəsinin bir neçə gün əvvəl aldığı yıxılma nəticəsində yarandığını bildirib.

 

Chosen
51
Ajans.az

1Sources