EN

Ələkbər Yasamallı ilk dəfə övladlarından danışdı

Meyxanaçı Ələkbər Yasamallı ilk dəfə övladlarından danışıb.

“Günə uğurla” verilişində qonaq olan söz ustası onlarla bağlı arzularını dilə gətirib.

“Uşaqları məktəbə özüm apardığım üçün səhər tezdən durmaaqda çətinlik çəkirəm. 3 övladım var. Böyüyü 8-ci sinifdə oxuyur, digərləri isə 5 və 2-ci. İncəsənətə gəlmək istəsələr, mane olmaram. Sənətin pisi yoxdur. Onu pis edən insanlar var. Gözəl sənət nümayəndələrimiz var. Övladımın da yaxşı sənətkar olmasını istəyərəm. Gendə nə varsa, biruzə verir. İstəmərəm ki, mənə görə tanınsınlar. Birinin rəssamlığa həvəsi var, oğlumun da musiqiyə. Görək nə olur?”./Milli.az

Chosen
10
7
tribunainfo.az

8Sources