EN

XI turun açılış oyununda "Şamaxı" qələbə qazandı

Misli Premyer Liqasında XI tura start verilib.

"Unikal" xəbər verir ki, "Zəfər turu"nun açılış oyununda "Şamaxı" "İmişli"ni qəbul edib.

Şamaxı şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0. Görüşdə yeganə qolu 78-ci dəqiqədə Karim Rossi vurub.

Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "Şamaxı" 8-ci pilləyə yüksəlib. Qonaqlar 12 xalla 9-cudur.

Günün ikinci görüşündə "Qəbələ" evdə "Sumqayıt"la üz-üzə gələcək.

Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.

Chosen
13
4
unikal.az

7Sources